21 yaşa qədər futbolçular arasında dünyanın ən yaxşı oyunçusunun adı açıqlanıb

ESPN telekanalı 21 yaşa qədər futbolçular arasında dünyanın ən
yaxşı oyunçularının reytinqini təqdim edib.

Trend xəbər
verir ki, siyahıda 39 oyunçu yer alıb. Onlar 75 nəfər arasından
yüksək səviyyəli çıxışların sayı, uzun müddət ərzində stabil
performans və gələcəkdə yüksək səviyyəli oyunçu olmaq potensialına
əsasən seçiliblər.

Dortmund “Borussiya”sının 21 yaşlı norveçli hücumçusu Erlinq
Haaland birinci, “Barselona”nın 19 yaşlı ispaniyalı
yarımmüdafiəçisi Pedri ikinci, “Mançester Siti”nin 21 yaşlı ingilis
yarımmüdafiəçisi Fil Foden üçüncü yerdədir.

Bundan əlavə, siyahıda Dortmund “Borussiya”sının digər oyunçusu
Cud Bellinqhem (İngiltərə), “Real Madrid”-in brazilyalı vingeri
Vinisius Junior daxildir.

Teqlər: