“Azərsun Sənaye Parkı”ndakı yanğın söndürülüb

“Azərsun Sənaye Parkı”ndakı yanğın söndürülüb.

FHN Mətbuat xidmətind’n AzerTimes-a verilən məlumata görə, Fövqəladə
Hallar Nazirliyi tərəfindən görülən operativ və təxirəsalınmaz
tədbirlər sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində
yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın
saat 08:24-də söndürülüb. Hazırda ərazidə konstruksiyaların
söküntüsü və müvafiq tədbirlər görülür. Hadisə nəticəsində xəsarət
alan olmayıb.

FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan
istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat
veriləcək.

Teqlər: