Yaponiyada kruiz gəmisinin batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Həftə sonu Yaponiyanın şimalında, Hokkaydo sahillərində KAZU 1
kruiz gəmisinin batması nəticəsində azı 14 nəfər həlak olub.

Trend xəbər
verir ki, bu barədə yerli NHK telekanalı məlumat yayıb.

Bundan əvvəl hadisə nəticəsində ölənlərin sayının 11 olduğu
bildirilirdi.

Xatırldaq ki, aprelin 23-ü KAZU 1 kruiz gəmisindən batma haqqında siqnal daxil olub. Hadisə zamanı
gəminin göyərtəsində ikisi azyaşlı olmaqla 24 sərnişin, kapitan və
onun köməkçisi olub. Axtarış əməliyyatına Sahil Mühafizəsi və
Yaponiya Özünümüdafiə Qüvvələri cəlb olunub.

Bundan əlavə, baş verənlərlə bağlı hökumət başçısının aparatı
yanında məlumatların toplanması və təhlili üçün böhran qərargahı
yaradılıb.