BVF Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozlarını yüksəldib

Xəbər - Zeyni Cəfərov – Trend:

2022-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artımı 2,8 faiz,
ümumi daxili məhsulun nominal həcmi 54,73 milyard dollar
səviyyəsində proqnozlaşdırılır.

Trend bu barədə
Beynəlxalq Valyuta Fondunun (BVF) “World Economic Outlook”
hesabatına istinadən məlumat verir.

2023-ci ildə isə ÜDM-in 2,6 faiz artacağı proqnozlaşdırılır.

Proqnozlara əsasən, gələn il Azərbaycanın ÜDM-in nominal həcmi
55,98 milyard, 2024-cü ildə 57,6 milyard, 2025-ci ildə 59,56
milyard, 2026-cı ildə 61,8 milyard dollar təşkil edəcək

Qeyd edək ki, BVF-nin ötən ilin oktyabrında dərc olunan “World
Economic Outlook” hesabatında Azərbaycan ÜDM-nin 2,3 faiz
səviyyəsində artacağı proqnozlaşdırılmışdı.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: