2019-cu ildən bəri Azərbaycanda avtomobil parkının yarısından çoxu yenilənib

2019-cu ildən bəri Azərbaycanda avtomobil parkı 57 faiz
yenilənib.

Trend-in
məlumatına görə, bunu “Toyota Center Baku”nun nümayəndəsi Eldəniz
Cəfərov “Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və
təmiz ətraf mühit” adlı mətbuat konfransında deyib.

O bildirib ki, 2018-ci ildə dünyada elektromobil və hibrid
avtomobillərin satışı rekord vuraraq 2,1 milyona çatıb.

“2035-ci ilədək Avropa dizel yanacaqlı avtomobillərin satışından
tam imtina etməyi planlaşdırır. Analoji addımlar Azərbaycanda da
atılır”, – deyə E.Cəfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda özəl sektor ekoloji təmiz
avtomobillərə xidmət göstərilməsi üzrə müvafiq servis mərkəzləri
yaratmaqla avtomobil istehsalçılarını dəstəkləyə bilər.

“Burada həm də bank sektoru böyük rol oynayır. Azərbaycan
Mərkəzi Bankı Banklar Assosiasiyası ilə birgə ekoloji təmiz
avtomobillərin alınması üçün kredit dərəcələrinin azaldılması
məsələsi üzrə işlər aparır”, – E.Cəfərov deyib.

(Tərcümə: Orxan Nəbiyev)