Üç ölkənin səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Latviya, Litva və Estoniya səfirləri Rusiya Xarici İşlər
Nazirliyinə çağırılıb.

Trend-in
məlumatına görə, Baltikyanı ölkələrin səfirlərinin çağırılması
həmin ölkələrdən bir sıra rusiyalı diplomatın çıxarılması qərarı
ilə əlaqədar olub.

Qeyd edək ki, martın 18-də Latviya və Estoniya üç diplomatın,
Litva isə dörd diplomatın ölkədən çıxarılacağını elan etmişdi.

Bundan başqa, Polşa, Şimali Makedoniya və bir sıra digər ölkələr
Rusiya səfirliklərinin bir sıra əməkdaşlarını arzuolunmaz şəxs elan
edib.