Hansı çimərliklərin yararlı olması iyunda bilinəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyinin
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə may ayının
16-dan etibarən çimərliklərdə monitorinqlərə başlayıb.

Trend xəbər verir ki, bunu Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert
saatı”nda Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim
Mahmudov deyib.

Onun sözlərinə görə, monitorinqlər ilin bütün fəsilləri
keçirilir.

“Çimərlik mövsümünə az qalmış isə monotorinqlər intensiv
aparılır. Çimərliklərdə keçirilən monitorinqlərin nəticələri iyunun
əvvəli açıqlanacaq” – deyə o bildirib.

Teqlər: