1 yaşlı oğlunu evdən həyətə tullayan şəxsə cinayət işi açılıb

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə aprelin 26-da saat 16
radələrində 30 yaşlı Samir Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə
tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə
xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən
Trend
-ə verilən məlumata görə, polis əməkdaşlarının
keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli
şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən
sağlamlığa ağır zərər vurma – xüsusi amansızlıqla, o cümlədən
zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə
təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı
törədildikdə) ilə cinayət işi başlanmışdır.

Teqlər: