Niderland Aİ-nin Azərbaycandan qaz tədarükünü artırmaq niyyətini dəstəkləyir – Səfir

Niderland Avropa İttifaqının Azərbaycandan qaz tədarükünü
artırmaq niyyətini dəstəkləyir.

Bunu Niderlandın Azərbaycandakı səfiri Pauline Eizeman Trend-in sualını
cavablandırarkən deyib.

“Niderlandın Rusiya qazından asılılığı yüksək deyil, ona görə də
tədarükdə hazırkı böhran əhəmiyyətli olmayacaq”, – səfir deyib.

P.Eizeman əlavə edib ki, Niderland Aİ siyasətinə uyğun olaraq
Azərbaycandan da enerji idxalının artırılması niyyətini
dəstəkləyir.

(Tərcümə: Orxan Nərimanov)

Teqlər: