Əmisini dırmıqla vurub öldürən Laçın sakini saxlanılıb

Aprelin 20-də Laçın rayon sakini Bahadur İsmayılov Ağcabədi
rayonunun Taxta Körpü qəsəbəsində yaşadığı evin həyətində münaqişə
zəminində əmisi Əşrəf İsmayılovun baş nahiyəsinə dırmıq ilə xəsarət
yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə,
xəstəxanaya yerləşdirilmiş Ə.İsmayılov aprelin 26-da ölüb.

Laçın Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat
tədbiri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər
vurmada şübhəli bilinən B.İsmayılov tutularaq istintaqa təhvil
verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə
cinayət işi başlanıb.

Teqlər: