Zolotaya Korona köçürmələri artıq Yelo App-də!

Yelo Bankın çoxfunksional mobil tətbiqi daha bir yeniliyi
müştərilərin istifadəsinə verib. Belə ki, artıq filiala gəlmədən
Zolotaya Korona köçürmələrini həyata keçirmək mümkündür. Bunun üçün
telefonunuzda Yelo mobil tətbiqinin olması kifayətdir. Yelo App
vasitəsilə bir neçə toxunuşla Rusiya, Türkiyə, Belarus, Gürcüstan,
İsrail, Fransa və bir çox xarici ölkələrə pul köçürə
bilərsiniz.

Köçürmə əməliyyatını aparmaq Yelo App ilə çox sadədir. Bunun
üçün tətbiqdə “Köçürmə” bölməsindən “Zolotaya Korona”-nı
seçirsiniz. Daha sonra isə köçürmə etmək istədiyiniz ölkə, məbləğ,
valyuta
qəbul edənin məlumatlarını daxil edib, əməliyyatı
yekunlaşdırırsınız. Köçürməni istər debet, istərsə də kredit kartı,
həmçinin cari hesab vasitəsilə həyata keçirmək mümkündür.
Köçürmələr təyinat ölkəsindən asılı olaraq Azərbaycan manatı, Rus
Rublu, ABŞ dolları və avro ilə həyata keçirilir. Konvertasiyalı
əməliyyat seçimi etdikdə heç bir komissiya haqqı tutulmayacaq. Qeyd
edək ki, Yelo App-də Zolotaya Korona vasitəsilə ölkədaxili
köçürmələr də həyata keçirmək mümkündür. Tətbiqi dərhal yükləmək
üçün: https://bit.ly/ylnwsh

Yelo Bank-ı izləməyə davam edin, çünki Bank yaxın zamanda bir
çox rəqəmsal yeniliklər ilə müştəriləri sevindirəcək.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın
cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq!

Teqlər: