Prezident İlham Əliyev Moskvada naməlum əsgərin məzarını ziyarət edib

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskva
şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət
edib.

Trend xəbər verir ki, Prezident İlham Əliyev Rusiya paytaxtında
Kremlin divarı yanındakı Aleksandr bağına gəldi.

Prezident İlham Əliyev naməlum əsgərin məzarını ziyarət edərək
əbədi məşəl önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndirildi.

Sonra fəxri qarovul dəstəsinin keçidi oldu.

Teqlər: