Zəngilan hava limanında görülən işlər açıqlanıb

Zəngilan. Trend:

Uçuş-enmə zolağında asfalt-beton işləri davam edir. Zolağının
uzunluğu 3000 metr, eni isə 60 metr təşkil edəcək. Perronda torpaq
işləri tamamlanıb. Perronun sahəsi 60 min kvadratmetr təşkil
edəcək.

Bu barədə AzerTimes-a açıqlamasında “Azərbaycan Hava Yolları”
QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib.

“Mobilizasiya və tikinti işləri üçün 1000 kV-lıq generator
quraşdırılıb. Eyni zamanda, tikinti prosesini optimallaşdırmaq üçün
Zəngilan hava limanının yaxınlığında asfalt-beton zavodu
tikilmişdir. 35 kV-lıq iki dövrəli 10 km-lik kabel xəttinin
çəkilməsi tamamlanıb və aeroport ərazisində yeni tikilən yüksək
gərginlik transformator binasına birləşdirilib. 230 m-lik artezyan
quyusu qazılıb və su çıxardılıb”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, avgust ayı sonunda terminal binasının
tamamlanması nəzərdə tutulub. Terminal binasının beton işləri və
metal-konstruksiya işləri tamamlanıb. Fasad, dam, mexaniki /
elektrik ve tamamlama işləri davam edir. Avadanlıqlar ve
materiallar Italya, Almanya ve Türkiyədən gətirilib:

“Terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200
sərnişinə xidmət edecek, beynəlxalq standartlara uyğun inşa
edilmişdir. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və
ofis otaqları mövcud olacaq.

İyul ayında Hava Hərəkəti Qülləsinin (HHQ) tikinti işlərinin
tamamlanması planlaşdırılır. Hava limanının ərazisində
qazanxananın, su çənlərinin və digər yardımçı binaların tikintisi
üzrə işlər davam etdirilir”.

Teqlər: