Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın
28-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Trend xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın
şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və
xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş
nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin
müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

Teqlər: