Zəngəzur dəhlizi regionun bütün ölkələri üçün nəqliyyat sahəsində yeni imkanlar yaradacaq – Nazir

Zəngəzur dəhlizi regionun bütün ölkələri üçün nəqliyyat
sahəsində yeni imkanlar yaradacaq.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat
naziri Mikayıl Cabbarov Bakıda keçirilən Aİ-Azərbaycan biznes
forumunda deyib.

Onun sözlərinə görə, təkcə yol və infrastruktur tikintisi
sahəsində deyil, həm də sosial infrastruktur obyektlərinin
yaradılması sahəsində işlər aparılır.

“Dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi üçün Azərbaycan
hökuməti tərəfindən müvafiq layihələr təqdim olunur. Həmçinin
Zəngəzur dəhlizi təkcə ölkəmiz üçün deyil, həm də regionun digər
dövlətləri üçün nəqliyyat sahəsində yeni imkanlar yaradacaq. Ağdam
sənaye zonası və Araz vadisi iqtisadi zonası azad edilmiş
ərazilərin inkişafının sürətlənməsi üçün imkanlar yaradır”, – nazir
deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: