Avropa İnvestisiya Bankı Azərbaycanda yeni layihə işə salacaq

Avropa İnvestisiya Bankı Azərbaycanda yeni layihə işə
salacaq.

Trend-in məlumatına görə, bunu bankın Cənubi
Qafqazda regional nümayəndəliyinin rəhbəri Matsey Çura Bakıda
keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

“Bizim yeni təşəbbüsümüz olan “Eastern Partnership Investment in
Connectivity” (EPIC) tezliklə Azərbaycanda işə salınacaq. Bu
təşəbbüs infrastruktur layihələrinin hazırlanması və
reallaşdırılmasında texniki yardımı nəzərdə tutur”, – deyə o
bildirib.

Onun sözlərinə görə, bu layihə iqtisadiyyatın şaxələndirilməsi
və qeyri-neft sektorunun dəstəklənməsi üçün imkanlar yaradacaq.

(Tərcümə: Orxan Nəbiyev)