Zəngəzur dəhlizi bütün istiqamətlər üzrə ən qısa marşrutlar açacaq – Baş direktor

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının növbəti 10 il ərzində “yaşıl” limana transformasiyası üçün işlər aparılır.

Trend-in
məlumatına görə, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”
QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov “Yaşıl Limanlar
və liman idarəedilməsində yeni üsullar” mövzusunda tədbir zamanı
deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə birgə layihənin başa
çatdırılması digər rəqəmsal layihələrin reallaşdırılması üçün
stimul olacaq.

“Bizim limanımız Aİ ilə birgə dayanıqlı fəaliyyətin təşkil
olunması üzrə işlər aparır. Azərbaycanda rəqəmsallaşma sahəsində
böyük həcmdə işlər görülür. Son iki il ərzində bizim rəqəmsal
alətlərin sınaqdan keçirilməsi və istifadəsi üzrə böyük təcrübəmiz
olub”, – deyə o bildirib.

Baş direktor, həmçinin əlavə edib ki, Zəngəzur dəhlizi bütün
istiqamətlər üzrə ən qısa marşrutlar açacaq və Azərbaycan
vasitəsilə yüklərin göndərilməsi həcmini artıracaq.

“Ölkəmizin və limanın coğrafi mövqeyi Azərbaycanı logistika
qovşağına çevirir və biz artıq bu istiqamətdə işlər görürük”, –
T.Ziyadov deyib.

(Tərcümə: Orxan Nəbiyev)