Qala qəsəbəsində 220 metrlik telefon-rabitə xətti oğurlanıb (FOTO/VİDEO)

Xəzər rayonu Qala qəsəbəsi ərazisində telefon-rabitə xətti
naməlum şəxs tərəfindən kəsilərək oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, müvafiq
qurumdan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət
edilərək ümumilikdə 220 metr naqilin oğurlandığı barədə məlumat
verilib. Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
əməliyyat zamanı telefon-rabitə xəttini oğurlanmaqda şübhəli
bilinən Şəki şəhər sakini Fərahim Əliyev saxlanılıb. Onun idarə
etdiyi avtomobildən oğurladığı naqilin bir hissəsi aşkar edilib.
Naqilin qalan hissəsini isə o, əlvan metal qəbulu məntəqələrindən
birinə satdığını bildirib.

Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər
Rayon Polis İdarəsinə göndərilib. Fərahim Əliyevin paytaxt
ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun
qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə
ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə
məlumat verə bilərlər.

Teqlər: