Zəlzələdən sağ çıxarılan uşağın ilk sözləri… – Video

Zəlzələdən sağ çıxarılan uşağın ilk sözləri… – Video

Türkiyənin Qaziantep vilayətinin Nurdağı ilçəsində yaşayış binası dağıntıları altından daha bir uşaq sağ çıxarılıb.

AzerTimes xəbər verir ki, xilasedicilər zəlzələdən 156 saat sonra 9 yaşlı Semih İncini dağıntılardan çıxarmağı bacarıblar.

Təcili yardım maşınına yerləşdirilən Semihdən nə istədiyi soruşulub.

O isə “Çiyələkli dondurmaq istəyirəm. Bütün dondurmaları, içkilərini gətirin. Su gətirin, çox susadım”, – deyə bildirib.

Teqlər: