Sülhməramlıların 58 maşını aksiya ərazisindən keçdi

Sülhməramlıların 58 maşını aksiya ərazisindən keçdi

Gün ərzində Rusiya sülhməramlılarına məxsus 58 avtomobilin Xankəndi-Laçın yolu ilə hərəkət etməsinə şərait yaradılıb.

AzerTimes xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin yük avtomobilləri Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Teqlər: