Zəlzələ zonasında soyğunçuluq edənlər həbs olundu

Zəlzələ zonasında soyğunçuluq edənlər həbs olundu

Türkiyədə zəlzələdən zərərçəkmiş bölgələrdə soyğunçuluqda şübhəli bilinən 150-dən çox adam saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Ədliyyə Nazirliyi məlumat verib.

Məlumata görə, soyğunçuların əksəriyyəti Qəhrəmanmaraş, Malatya, Osmaniyə əyalətlərində həyata keçirilən əməliyyatlar nəticəsinə saxlanılıb.

Bildirilib ki, təbii fəlakət zonasında oğurluq, soyğunçuluq, dələduzluq hallarının istintaqı zamanı saxlanılan 152 nəfərin 83-ü barəsində həbs-qətimkan tədbirləri seçilib.

Teqlər: