Abdullahian Hindistana səfərini ləğv etdi

Abdullahian Hindistana səfərini ləğv etdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Racine Dialogue” beynəlxalq siyasi ekspert konfransında iştirak etmək üçün martın 3-də Hindistana planlaşdırılan səfərini ləğv edib.

AzerTimes xəbər verir ki, bu barədə “İndian Ekpres” məlumat yayıb.

Məlumata görə, səfərin ləğv edilməsinə səbəb konfransın tanıtım videosunun yanvar ayında nümayişi olub və bu videoda ötən ilin sentyabrında İranda baş vermiş etiraz aksiyalarından görüntülər yer alıb.

İran Xarici İşlər Nazirliyi də konfransın təşkilatçılarından bu kadrların götürülməsini tələb edib. Tələb yerinə yetirilmədiyi üçün Abdullahian konfransa getməkdən imtina edib.

Hindistan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı hələlik şərh verməyib.

Teqlər: