Zəlzələ bölgəsində 2602 uçuş qeydə alınıb – Akar

Zəlzələ bölgəsində 2602 uçuş qeydə alınıb – Akar

Fevralın 6-dan indiyədək təbii fəlakət zonasında 65 təyyarə və 66 helikopter və 41 PUA-nın iştirakı ilə 2602 uçuş qeydə alınıb.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Təyyarələr ABŞ, İndoneziya, Niderland, Böyük Britaniya, Qətər və Norveçdən gəlib. Bu təsiredici rəqəmdir. 32 qəsəbəyə, 152 kəndə yardım paylamaq mümkün olub”, – Akar bildirib.

Teqlər: