Azərbaycan Tehran rejiminin gözünə tikan kimi girir

Azərbaycan Tehran rejiminin gözünə tikan kimi girir

100 ildir ki, Güney Azerbaycan istila altındadır. Qacar hakimiyyətini ingilis və rus imperalizmi ilə ardıcıl savaşlarda zəiflədib nəhayətdə tarixi torpaqlarımızda türk xanədanlığına son qoyub, quldur Rza şahı hakimiyyətə gətirdilər.

AzerTimes xəbər verir ki, bu sözlər Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Firudin Pərvizniya dünya azərbaycanlılarına çağırışında bildirib.

O deyib ki, imperialistlərin əsas məqsədi parçalanmış Azərbaycanın Güneyində türk hakimiyyətinə son qoyaraq, bütövlükdə türk dünyasını coğrafi baxımdan bir-birindən ayırıb zəiflətmək və məhv etmək idi:

“Bu günə qədər Güney Azerbaycanda imperialistlərin və fars satılmış ünsürlərin vasitəsilə məlum siyasət icra edilir. Şah rejimi gedib, dini rejim qurulsa da, türk millətinə qarşı siyasət dəyişmədi. Bu taktikanı ruslar ermənilər vasitəsilə Quzey Azərbaycanda da həyata keçirdilər. Quzey Azərbaycan dövlət müstəqilliyini qazandı və bu dövlət tikan kimi Tehran rejiminin gözünə girir, onu ən böyük düşmən sayır. Güney Azərbaycan bu gün islam rejimi yox, bəlkə də dünyanın böyük gücləri ilə üz-üzə durur. Bu gün Quzey və Güney Azərbaycan fars, rus, erməni siyasətinə qarşı vahid milli güc ortaya qoymalıdır. Planlı hərəkat bu gün Azərbaycan fəallarının amacı olmalıdır. Yaşasın Azərbaycan-türk milləti, məhv olsun onun düşmənləri”.

Teqlər: