Zelenskinin Sunakla bağlı sözləri ingilisləri əsəbiləşdirdi

Zelenskinin Sunakla bağlı sözləri ingilisləri əsəbiləşdirdi

Britaniyalı oxucular Ukrayna Prezidenti Vladimir Zelenskinin Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Ukraynaya “lazım olduğu” sözlərini tənqid ediblər.

AzerTimes xəbər verir ki, bu barədə “Teleqraf” qəzeti məlumat yayıb.

Məqalədə qeyd edilir ki, Zelenski Sunakın Kiyevi dəstəkləmək üçün maliyyə xərclərini yoxlamaq niyyətinə görə Ukraynaya Britaniya silahlarının tədarükünün azaldılmasından qorxur.

Materialın şərhçiləri isə öz növbəsində ukraynalı rəhbəri tənqid edib və onu evsiz adamla müqayisə ediblər.

Teqlər: