Messi və Mbappenin oyunu… – Arşavin

Messi və Mbappenin oyunu… – Arşavin

Rusiya millisinin keçmiş oyunçusu, hazırda “Zenit” idman inkişaf klubunun direktor müavini Andrey Arşavin dünya çempionatının final oyununda Lionel Messi və Kilian Mbappenin möhtəşəm oyun sərgilədiyin bildirib.

AzerTimes xəbər verir ki, keçmiş futbolçu futbolun insanları birləşdirdiyini bildirib.

“Mən gözlənilməzliyi, Messi və Mbappenin möhtəşəm oyununu xatırlayıram. Argentinadan gələn kadrlar futbolun gücünü, insanların birləşdiyini göstərirdi. Sabah Argentinada prezident seçkiləri olsaydı, Messi qalib gələrdi”, – Arşavin bildirib.

Qeyd edək ki, final matçında Argentina millisi Fransanı məğlub edərək Dünya Kubokuna sahib olub. Messi final matçının ən yaxşı futbolçusu, Mbappe isə DÇ-2022-nin ən sərrast futbolçusu seçilib.

Teqlər: