Zelenskini kim əvəz edəcək? – Qərbin əsas namizədi

Zelenskini kim əvəz edəcək? – Qərbin əsas namizədi

Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenskinin yerinə kimin keçəcəyi ilə bağlı müzakirələr gedir. Qərbin artıq bir neçə namizədi var.

AzerTimes xəbər verir ki, bu barədə “InfoBRICS” məlumat yayıb.

“Zelenskinin postuna əsas namizəd Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnıdır. Hökumət komandasından kollektiv narazılıq var, bunun üçün dəyişiklik və yenidən qurulma tələb olunur. Bu mənada Zalujnı indiki prezidentdən daha təcrübəli şəxs kimi görünür. Zalujnının indiki vəzifəsi uğrunda da mübarizə gedir. Onu əvəz edəcək şəxslər arasında Quru Qoşunlarının hazırkı komandanı Aleksandr Sırskinin adı çəkilir. Sırskinin adı paralel olaraq Zelenskinin yerinə keçəcək namizədlər sırasında da hallanır.

Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov da növbəti prezident kimi təklif edilənlərdən biridir. Amma Zalujnı Zelenskini əvəzləmək üçün favorit olaraq qalır”, – məlumatda deyilir.

Teqlər: