Ukraynanın ekosistemi məhv edildi – Şok

Ukraynanın ekosistemi məhv edildi – Şok

Su anbarından kütləvi şəkildə suyun axması Ukraynanın xəritəsini, ətraf mühitini dəyişəcək, içmək və məhsul yetişdirmək üçün sudan asılı olan icmaları təhlükə altına salacaq, fermerləri bizneslərini bağlamağa, şəhərləri köçməyə sövq edəcək və kövrək ekoloji tarazlığı pozacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” nəşri yazıb.

Nəşr qeyd edib ki, bunun ən böyük təsiri gündəlik ehtiyaclarını anbardan gələn sudan, eləcə də kənd təsərrüfatından asılı olan cənub əhalisi hiss edəcək. Çünki anbardan gələn su 1950-ci illərdə Kaxovka bəndinin tikintisi ilə kanallardan asılı vəziyyətə düşən Ukraynanın cənubundakı isti əkinçilik bölgəsini suvarırdı.

Münaqişə və Ətraf Mühit Rəsədxanasının tədqiqat və siyasət direktoru Daq Veyr bildirib ki, Ukrayna su anbarının itkisinin bir hissəsini kompensasiya etmək üçün yerdən su çıxara bilər, amma bu, ehtiyatları tez bir zamanda tükədəcək.

Ekspertlərin fikrincə, çay ekosisteminə belə kütləvi və qəfil zərbənin tam nəticələrinin aydınlaşması həftələr sonra məlum olacaq.

Bildirilib ki, su tez bir zamanda Ukraynanın “Oleşkovskie peski” milli təbiət parkını, vəhşi atlar, ilanlar və şahinlərin yaşadığı Qara dəniz biosfer qoruğunu batıracaq. Bundan başqa su anbarının dayaz sularında bəzi balıq yetişdirmə sahələri də yox olacaq.

Ukraynanın ekologiya və təbii sərvətlər naziri Ruslan Strelets deyib ki, bəndin partladılmasının ətraf mühit üçün fəlakətli nəticələr var:

“Biz bəzi ekosistemimizi birdəfəlik itirdik”.

Teqlər: