Zelenski: Rusiya mütləq cavab verəcək!

Zelenski: Rusiya mütləq cavab verəcək!

Rusiyanın bütün zərbələrinə hərbi, siyasi və hüquqi cavab veriləcək.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Kramatorskda demək olar ki, daimi hava hücumu sirenası, davamlı atəş təhlükəsi, daimi həyat təhlükəsi var. Məhz orada, Donbasda, Xarkov vilayətində aydındır ki, terror dövlətini başqa heç nə dayandıra bilməz. Amma biz bunu təmin edəcəyik. Şəhərlərimizə hər zərbəyə görə işğalçıya mütləq cavab verəcəyik. Bu gün Rusiyanın Zaporojyeyə zərbələri, Kiyev vilayətinə gecə hücumu… Rusiyanın bütün zərbələrinə həm hərbi, həm siyasi, həm də hüquqi cavab veriləcək. Moskva bu müharibədə itirir”, – o bildirib.

Teqlər: