“Prius” əvvəlcə dirəyə, sonra keçidə çırpıldı

“Prius” əvvəlcə dirəyə, sonra keçidə çırpıldı

Bakıda “Prius” markalı avtomobil əvvəlcə dirəyə daha sonra keçidə çırpılıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində baş verib.

Belə ki, taksi kimi fəaliyyət göstərən “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxıb, əvvəlcə dirəyə, daha sonra “Qış Parkı” ərzisindəki yeraltı keçidin tininə çırpılıb.

Taksi sürücüsünün sözlərinə görə, hadisə zamanı avtomobildə 3 müştəri olub. Onlardan heç biri xəsarət almayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Teqlər: