Zelenski Putinlə görüşməyə hazır olduğunu bildirib

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir
Putinlə görüşməyə hazır olduğunu bildirib.

Trend-in
məlumatına görə, V.Zelenski bunu jurnalistlərə müsahibəsində
deyib.

Bununla belə, ukraynalı prezident qeyd edib ki, görüşün
keçirilməyəcəyini də istisna etmir.

“Danışıqlarda Ukraynanın Rusiyadan daha güclü mövqeyə malik
olması vacibdir, bunun üçün isə cəmiyyətin birləşməsi və
dövlətimizin daha yaxşı silahlanması lazımdır”, – V.Zelenski
deyib.

(Tərcümə: Orxan Nəbiyev)