Zelenski Medvedçukun vətəndaşlığını ləğv etdi

Zelenski Medvedçukun vətəndaşlığını ləğv etdi

Ukraynanın xalq deputatı, “Müxalifət Platforması – Həyat naminə” birliyinin liderlərindən biri Viktor Medvedçuk, o cümlədən digər deputatlar Andrey Derkaç, Taras Kozak, Renat Kuzminin vətəndaşlığı ləğv edilib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

“Əgər xalqın seçdikləri Ukrayna xalqı yerinə Ukraynaya gələn qatillərə xidməti seçirlərsə, qərarlarımız da buna uyğun olacaq”, – ölkə lideri qeyd edib.

Teqlər: