Ərdoğan İraqın baş naziri ilə danışdı

Ərdoğan İraqın baş naziri ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın baş naziri Məhəmməd Şiə əl-Sudani arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, telefon danışığı zamanı Türkiyə-İraq münasibətlərinin vəziyyəti və regional mövzular müzakirə edilib.

Ərdoğan Ankara ilə Bağdad arasında həm ikitərəfli, həm də regional səviyyədə hərtərəfli əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Türkiyə Prezidenti qeyd edib ki, Ankara İraqın sabitliyinə və ərazi bütövlüyünə böyük əhəmiyyət verir.

R.T.Ərdoğan vurğulayıb ki, PKK terror təşkilatının İraq ərazisində mövcudluğuna son qoyulması bu ölkənin milli təhlükəsizlik maraqlarına cavab verir.

Teqlər: