Zelenski İrana qəzəbləndi: Şərə dəstəyi inkar etmək…

Zelenski İrana qəzəbləndi: Şərə dəstəyi inkar etmək…

Ümumilikdə Ukraynaya qarşı təxminən 1160 “Şahid” PUA-sından istifadə edilib. Biz əksəriyyətini vururuq.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.

Zelenski birbaşa İran xalqına: cəmiyyətə, dini rəhbərə, hər bir iranlı ailəyə və İranda hökumət qərarlarına təsir edə bilən insanlara müraciət edib:

“Sadə bir sual: siz niyə Rusiya terrorunun şəriki olmalısınız? Niyə şər dövlətin tərəfindəsiniz? Dünya baş verənləri görür və siz hamınız İranda görürsünüz. Şərə dəstəyi inkar etmək mümkün deyil”.

O qeyd edib ki, ukraynalılar bu ölkənin Rusiyaya ötürdüyü İran kamikadze pilotsuz təyyarələrinin əksəriyyətini vurmağı öyrənsələr də, hələ də zərbələr var.

Teqlər: