İzmirdə cümhuriyyətlərimizin 105 və 100 illiyi qeyd edildi

İzmirdə cümhuriyyətlərimizin 105 və 100 illiyi qeyd edildi

Türkiyənin İzmir şəhərində yerləşən Atatürk Kültür Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü qeyd edilib.

AzerTimes xəbər verir ki, Azərbaycan Türkləri Dost Dərnəkləri Federasiyasının həmsədri İsa Ambarcının təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkənin millət vəkilləri, QHT sədrləri, ictimai xadimlər iştirak ediblər.

Tədbirin əvvəlində Türkiyə və Azərbaycan himnləri səsləndirilib, millət vəkillərinin çıxışlarından sonra sənətçi Roza İbadova Kocamazın Türkiyə və Azərbaycan şairlərindən oxuduğu şeirlər coşğu ilə qarşılanıb.

Qeyd edək ki, tədbirdə Milli Məclisin deputatları – Hikmət Babaoğlu, Mahir Abbaszadə, İzmir millət vəkili Ceyda Dönməz iştirak ediblər.

Teqlər: