Zelenski hesab edir ki, ABŞ prezidenti Ukraynaya səfər edəcək

Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, ABŞ
prezidenti Cozef Baydenin Ukraynaya səfəri baş tutacaq.

Trend “UNİAN”a
istinadla xəbər verir ki, bunu V.Zelenski “CNN”-ə müsahibəsi zamanı
Baydenin Ukraynaya mümkün səfəri haqqında sualı cavablandırarkən
bildirib.

Ukrayna dövlətinin başçısı qeyd edib ki, o, amerikalı həmkarının
qərarının Ukraynadakı təhlükəsizlik şəraitindən asılı olduğunu başa
düşür.

“Onun gəlişi təhlükəsizlik şəraitindən asılıdır… amma mən
hesab edirəm ki, o, ABŞ-ın lideridir və ona görə də hər şeyi öz
gözləri ilə görmək üçün buraya gəlməlidir”, – Zelenski
vurğulayıb.

Teqlər: