Qazaxıstan buğda və un ixracını məhdudlaşdırır

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi taxıl və un ixracını
məhdudlaşdırır.

Trend xəbər
verir ki, müvafiq əmri nazir Yerbol Karaşukeyev imzalayıb.

Sənədə görə, bu il iyunun 15-dək buğda və unun ixracı ciddi
şəkildə təsdiq edilmiş kvota həcmləri daxilində həyata keçiriləcək.
Beləliklə, göstərilən tarixədək Qazaxstanda buğda və maya üçün
tətbiq olunan məhdudiyyət 1 milyon ton, buğda və ya buğda-çovdar
unu üçün isə 300 min ton müəyən edilib.

Bundan əlavə, sənəd qüvvəyə mindiyi günədək gömrük
qanunvericiliyinə uyğun olaraq ixrac gömrük proseduru çərçivəsində
sənədləşdirilmiş mallar Qazaxıstan Respublikasının ərazisindən
maneəsiz ixrac ediləcək.

Teqlər: