Zelenski Baydeni Ukraynaya səfərə dəvət edib

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Cozef
Baydenlə telefon danışığı zamanı onu Ukraynaya səfərə dəvət
edib.

Trend xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının
ofisinin iki ölkə liderləri arasında telefon danışığının
yekunlarına dair məlumatında deyilir.

“Əminəm ki, vəziyyətin sabitləşməsi üçün həlledici olan yaxın
günlərdə sizin Kiyevə gəlişiniz güclü siqnal olacaq və
deeskalasiyaya töhfə verəcək”, – Vladimir Zelenski bildirib.

Vurğulanır ki, söhbət zamanı tərəflər mövcud məlumatlar, onların
qiymətləndirilməsi ilə bağlı mübadilə aparıb, gərginliyin
azaldılması yollarını müzakirə ediblər.

İki ölkə liderləri sülh prosesinin və sabitliyin bərpası üçün
siyasi və diplomatik səylərin davam etdirilməsinin vacibliyinə dair
mövqelərin birliyini təsdiqləyiblər.

Teqlər: