İsveçrə heyvanlar üzərində sınaqların keçirilməsi qadağasını rədd edib

İsveçrədə keçirilən referendumda seçicilər heyvan hüquqları
müdafiəçilərinin təklif etdiyi heyvanlar üzərində təcrübələrin
qadağan edilməsini nəzərdə tutan layihəni rədd ediblər.

Trend Reuters agentliyinə istinadən xəbər verir ki, bununla
belə, referendumda əhalinin əksəriyyəti ölkədə siqaret reklamına
daha sərt məhdudiyyətlər qoymaq iradəsini bildirib.

Ümummilli referendumda seçicilərin yalnız 21%-i heyvanlar
üzərində təcrübə qadağasının lehinə, qalan 79%-i isə əleyhinə olub.
Seçicilər, həmçinin, 57% lehinə olmaqla tütün reklamına daha sərt
məhdudiyyətləri təsdiqləyib.

Məhdudiyyətlər qəzetlərdə, kinoteatrlarda, internetdə,
tədbirlərdə və bilbordlarda bu cür reklamların qadağan edilməsini
nəzərdə tutur. Layihə tərəfdarları bu cür reklamların gəncləri
siqaret çəkməyə təşviq etdiyini söyləyiblər.