Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresinin
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə dörd saatlıq
danışıqlar aparıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə Ukrayna prezidenti video müraciətində
bildirib.
“Xanım Pelosi ilə, necə deyərlər, çoxölçülü, xüsusən də müdafiə
təchizatı, makro-maliyyə yardımı, sanksiyalar siyasəti, Amerika
Birləşmiş Ştatları ilə siyasi əlaqələr üzrə dörd saatlıq çox
məzmunlu danışıqlar apardıq”, – deyə V.Zelenski qeyd edib.
O əlavə edib ki, N.Pelosi ilə Rusiyaya qarşı sanksiyalar da
müzakirə olunub.