ABŞ Yunanıstana 130 ədəd “M1117” zirehli avtomobilini göndərib

ABŞ Yunanıstana 130 ədəd “M1117” zirehli avtomobilini göndərib
və onlar Saloniki limanına çatdırılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində
ABŞ-ın Yunanıstandakı səfiri Ceffri Payett və Yunanıstanın Milli
Müdafiə Baş Qərargahı bildiriblər.

Diplomat bildirib ki, ABŞ bu ilin sonuna kimi ölkənn artıq hərbi
məhsullarının xaricə çatdırılması proqramı çərçivəsində Yunanıstana
ümumilikdə 1200 zirehli avtomobili pulsuz verəcək.