NBA: “Qolden Steyt” pley-off mərhələsinin ilk oyununda “Memfis”i məğlub edib

Milli Basketbol Assosiasiyasının (NBA) ikinci raund pley-off
seriyasının 1-ci oyununda “Qolden Steyt” komandası “Memfis”i
117-116 hesabı ilə məğlub etdi. Görüş Memfisdə keçirilib.

AzerTimes-ın məlumatına görə, matçın ən məhsuldar oyunçusu
“Memfis”in müdafiəçisi Ja Morant olub, o, dubl-dabl edib – 34 xal,
10 məhsuldar ötürmə. “Qolden Steyt”in heyətində ən çox xal
müdafiəçi Cordan Pul (31) tərəfindən topladı.

“Qolden Steyt” seriyada öndədir – 1-0. Növbəti görüş mayın 4-nə
keçən gecə baş tutacaq.

Teqlər: