Zavodda mühafizəçi işləyən şəxs “qəfləti koronal ölüm” diaqnozu ilə vəfat edib – Prokurorluq

Bəzi media qurumları tərəfindən Gəncə şəhəri ərazisində yerləşən
avtomobil zavodunda mühafizə xidmətində çalışan E.Yusibovun zədə
alması nəticəsində vəfat etməsi ilə bağlı informasiyalar
ictimailəşdirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, yayılmış həmin
informasiyalarla bağlı bildiririk ki, fevralın 23-də gecə saat 03
radələrində 1982-ci il təvəllüdlü Elçin Yusibov iş yerində
səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya aparılıb, göstərilmiş
tibbi yardımlara baxmayaraq, “qəfləti koronal ölüm” diaqnozu ilə
vəfat edib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin
iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, ərazidə olan
təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə baxış
keçirilib.


Hazırda şəhər prokurorluğunda araşdırma davam etdirilir.

Teqlər: