Zaqatalada reyd keçirilib, karantin qaydalarını pozanlar cərimələnib (FOTO)

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
pandemiyanın kütləvi yayılmasının qarşısının almaq, karantin rejimi
qaydalarına riayət olunmasına nəzarəti gücləndirmək məqsədilə
növbəti reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, reyd zamanı Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi
vasitələrdən istifadə etməyən, mövcud qaydalara məsuliyyətsiz
yanaşan sürücü və sərnişinləri müəyyən ediblər. Onlar avtobuslardan
düşürülüb və barələrində inzibati tənbeh tədbirləri
görülüb.Həmçinin COVID-19 pasportu olmadan sərnişindaşıma
fəaliyyəti ilə məşğul olan, taksilərdə şəffaf arakəsmələr
quraşdırmayan sürücülər saxlanılıb. Həmin şəxslərin barəsində
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib
olunub.

Tədbir zamanı şəhər ərazisində yerləşən mağazalarda, ictimai
iaşə obyektlərində və digər qapalı məkanlarda da sanitar-karantin
qaydalarına əməl olunmasına nəzarət polis əməkdaşları tərəfindən
gücləndirilib. Yoxlamalar zamanı iki mağazada bəzi alıcıların və
satıcıların tibbi maskadan istifadə etmədiyi aşkarlandığı üçün
onların barəsində inzibati qaydada tədbir görülüb. Restoran və
kafelərdə isə müştərilərin, eləcə də xidmət personalının COVID-19
pasportu yoxlanılıb, qaydalara riayət etməklə fəaliyyət göstərməyin
vacibliyi sahibkarların diqqətinə çatdırılıb.

Teqlər: