İstirahət günləri toyda karantin qaydalarını pozan 13 nəfər cərimələnib

Xəbər - Samir Əli – Trend:

12-13 fevral tarixlərində Daxili İşlər Nazirliyinin, Qida
Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika
ərazisində 741 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
monitorinq 728 şadlıq sarayında, 13 şəxsi həyətyanı sahədə
keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində
xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 13 nəfər
İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin,
sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə
əsasən cərimə olunub.

189 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə
buraxılmayıb.

Teqlər: