Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində növbəti görüşünü keçirib (FOTO)

“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində
müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər
davam edir. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə
Heyətinin sədri Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin mentorluq
proqramı çərçivəsində layihənin qaliblərindən biri olan Nazim
Novruzovla görüşüb.

Görüşdə fərdi inkişaf planı əsasında görülmüş işlər təhlil
edilib, növbəti bir ay üçün qarşılıqlı fəaliyyət planlaşdırılıb.
Həmçinin mentor tərəfindən korporativ idarəçilik, menecmentin
metodları və idarəetmədə onların roluna dair suallar
cavablandırılıb. Daha sonra qarşılıqlı maraq doğuran məsələlər
barədə fikir mübadiləsi aparılıb.

Sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən İdarə Heyətinin sədri
proqram çərçivəsində müsabiqə qalibinin öz potensialını üzə
çıxarmasına dəstək göstərəcəyini bir daha diqqətə çatdırıb. Nazim
Novruzov mentor ilə birgə layihələrdə işləməklə daha çox idarəçilik
təcrübəsi qazanmaqda maraqlı olduğunu bildirib, faydalı
məsləhətlərə və Səhmdar Cəmiyyətin müxtəlif struktur-bölmələrinin
fəaliyyəti ilə tanışlıq məqsədilə yaradılan şəraitə görə təşəkkür
edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham
Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual
səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər
şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr
ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis
olunub.

Teqlər: