İmişlidə bələdiyyə sədrinin qardaşı tanışını güllələdi

Xəbər - Samir Əli – Trend:

İmişli rayonunda güllələnmə hadisəsi baş verib.

AzerTimes-ın məlumatına görə, hadisə fevralın 22-də rayonun
Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Xalid İbrahimov şəxsi münasibətlər
zəminində aralarında yaranan mübahisə zamanı qisas almaq niyyəti
ilə özünə məxsus ov tüfəngi ilə rayonun Sərxanlı kənd sakini Namiq
Xankişiyevin ayaq nahiyəsinə iki dəfə atəş açaraq xəsarət
yetirib.


Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, hadisəni törədən Xalid İbrahimov Bəhrəmtəpə
qəsəbə Bələdiyəsinini sədri İman İbrahimovun qardaşıdır.

Teqlər: