Yuxarı Qarabağ kanalı tullantılardan təmizlənib (FOTO)

Yuxarı Qarabağ kanalına tullantıların atılması ilə bağlı Dövlət
Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və
fakt təsdiqini tapıb.

AzerTimes-ın məlumatına görə,
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, ərazi regional
ekologiya idarəsinin əməkdaşlarının nəzarəti altında Yuxarı Qarabağ
Kanalı İstismar İdarəsinin işçiləri tərəfindən tullantılardan
təmizlənib və rayon poliqonuna daşınıb.

B.Məhəmmədov havaların istiləşməsi və istirahət mövsümünün
başlaması ilə əlaqədar tullantıların idarə olunmasında səylərin
birləşdirilməsi, ictimaiyyətin bu məsələyə həssas yanaşması üçün
çağırış edib.

“Təəssüf ki, yaşadığımız mühitə etinasız yanaşma, ətraf mühitə
laqeyd münasibət hələ də var. Bilməliyik ki, atdığımız tullantı
həcmindən asılı olmayaraq geriyə, özümüzə qayıdır, çayları, dənizi
bərbad edir. Yaşadığımız mühiti zibilləməyək, ətraf mühitin
çirkləndirilməsinə imkan verməyək”.

Teqlər: