Yunanıstan İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləyib

Yunanıstan İsveç və Finlandiyanın NATO-ya daxil olmasını
alqışlamağa hazırdır və hesab edir ki, onların alyans üçün təklif
edəcəyi çox şey var.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər
naziri Nikos Dendias Berlində NATO xarici işlər nazirlərinin
qeyri-rəsmi görüşündə deyib.

Onun sözlərinə görə, Yunanıstanın bu iki ölkə ilə həmişə çox
gözəl münasibətləri olub.

“Onlar həm də Avropa Birliyinin üzvləridir. Beləliklə,
Yunanıstan tərəfinin çox aydın mövqeyi var: biz İsveç və
Finlandiyanın NATO ailəsinə daxil olmasını alqışlamağa hazırıq”, –
XİN başçısı bildirib.

Teqlər: