ABŞ-da supermarketdə atışma nəticəsində ölən və yaralananlar var

ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində supermarketdə atışma
olub.

Trend xəbər
verir ki, bu barədə “BNO News” telekanalı məlumat yayıb.

İlkin məlumata görə, azı 9 nəfər güllə yarası alıb. İki
yaralının mağazanın qarşısında öldüyü, digərlərinin şəhər
xəstəxanasına aparıldığı bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən bir nəfər polis tərəfindən
saxlanılıb. Yerli polis orqanları sakinləri hadisə yerindən uzaq
durmaları barədə xəbərdarlıq edib.